**
Binəqədi
rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin
məskunlaşdığı yataqxanada güclü yanğın baş verib. AzNews.az saytının hadisə
yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yanğının baş verməsinə
səbəb binadakı elektrik naqillərinin alışması olub. Yanğın birinci mərtəbədən
başlayaraq, yuxarı mərtəbələrə qədər yüksəlib.Yanğından dərhal sonra sakinlərin
istifadəsində olan qaz balonu partlayıb. Yanğının söndürülməsinə Fövqəladə
Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları cəlb olunsa da,
yanğının qarşısı hələ də alınmayıb.Hadisə
şahidlərinin verdiyi məlumata görə, buna səbəb yanğınsöndürənlərin hadisə
yerinə yanğından bir saat sonra gəlməsidir. Həmçinin,
şahidlər onu da bildirir ki, yanğın zamanı yataqxanada xəsarət alan olmayıb.
Hadisə yerinə cəlb olunmuş hərbçilərdən
biri əlindən yaralanaraq xəstəxanaya yerləşdirilib. Qeyd
edək ki, yanğın baş verən bina ümumiyyətlə qazla təchiz olunmayıb.Hadisə yerində olan Binəqədi rayon İcra
Hakimiyyətinin başçısı Ələddin İsgəndərovun jurnalistlərə verdiyi açıqlamaya
görə, yanğının dəqiq səbəbləri hələki məlum deyil. İcra başçısının sözlərinə görə,
hadisədən zərərçəkmiş məcburi köçkünlər "Qaçqınların və Məcburi
Köçkünlərin işləri üzrə Dövlət Komitəsi"nin müvafiq qərarından sonra yeni
binaya yerləşdiriləcək. İcra başçısı onu da vurğuladı ki,
məcburi köçkünlərin yaşadığı binalarda elektrik naqillərinin ucbatından bu
cür hadisələr tez-tez baş verir.
Mirvari Nəcəf
AzNews.az