Cəmil Həsənli Asəf Quliyevlə bağlı MSK-ya müraciət etdi

7 Oktyabr 2013 14:29 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli adıçəkilən qurumun keçmiş üzvü, AXCP sədrinin sabiq müavini Asəf Quliyevin onun səlahiyyətli nümayəndəsi kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

APA-nın məlumatına görə, bunu MSK-nın katibi Arifə Muxtarova adıçəkilən qurumun bu gün keçirilən iclasında deyib. A. Muxtarova məlumat verərək bildirib ki, prezidentliyə namizəd Cəmil Həsənli MSK-ya müraciət edərək, Asəf Quliyevin səlahiyyətli nümayəndə kimi qeydiyyatının ləğv olunmasını istəyib.

MSK C. Həsənlinin müraciətini məqbul hesab edib, A. Quliyevin səlahiyyətli nümayəndə kimi qeydiyyatı ləğv edilib.

AzNews.az