Bayrağımızdan çimərlik paltarı hazırlandı- 200 dollar

7 Oktyabr 2013 14:31 (UTC+04:00)
Avropada geyimlərin dizayn əsasında hazırlanaraq satılması ilə məşğul olan "Babele Fashion" saytında Azərbaycan bayrağından çimərlik paltarı hazırlanması təklif edilib.

Kolleksiyaçılar tərəfindən "Olimpiya oyunları çimərlikləri" adlı bölümdə müxtəlif ölkələrin bayraqlarından hazırlanmış qadın çimərlik geyimləri yerləşdirilib.

Kolleksiyada dünyanın bir çox ölkəsi ilə yanaşı, Azərbaycan bayrağından hazırlanmış qadın çimərlik geyimi də var.

Kolleksiyaçılar 200 dollara təklif etdikləri çimərlik paltarıni "Bu seksual çimərlik geyimi ilə Azərbaycanla fəxr etdiyinizi göstərin" deyə təqdim ediblər.

Rəhim
AzNews.az