Azərbaycanın hərbi xərcləri artırıldı

7 Oktyabr 2013 15:54 (UTC+04:00)
Gələn ilin dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər açıqlanıb.

Maliyyə Nazirliyindən daxil olan məlumata görə, 2014-cü ildə müdafiə xərclərinin 1637362.4 min manat olması proqnozlaşdırılır. Bu isə 2013-cü ilin müvafiq xərclərindən + 7.1 faiz çoxdur.

2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1240298.0 min manat təşkil edəcəyi gözlənilir. Bu isə bu ilki xərclərdən + 11.3 faiz çox deməkdir.

Müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək.

AzNews.az