Qazaxda yol tikintisinə 2 milyon manat ayrıldı- Sərəncam

7 Oktyabr 2013 16:47 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 2.0 (iki) milyon manat ayrılıb.

AzNews.az