Paraşütdən tullanaraq intihar etdi

7 Oktyabr 2013 18:31 (UTC+04:00)
40 yaşlı Kişinyov sakini paraşütdən tullanaraq intihar edib. O, 1200 metr yüksəklikdə paraşütün bağlarını kəsərək ölümə atlayıb.
AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da baş verib. Bundan sonra mətbuatda həmin şəxsin paraşütdən tullanmağı bacarmadığı üçün vəfat etdiyi barədə xəbərlər yayılıb.
Daha sonra polis bunun intihar hadisəsi olduğunu açıqlayıb. Mərhumun maşınında ölümqabağı yazdığı məktub aşkarlanıb.
Elnur
AzNews.az