Ordu döyüş hazırlığı vəziyyətinə gətirilib

8 Oktyabr 2013 07:12 (UTC+04:00)
Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Ordu hər an Yapon dənizində ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə keçirəcəyi həbi təlimlərə cavab verəcək vəziyyətdədir.

Şimalı Koreya silahlı qüvvələrinin baş ştabından verilən məlumata görə, ordu hərbi təlimləri diqqətlə izləmək və və istənilən anda hərbi əməliyyata başlamaq barədə tapşırıq alıb.

Cənubi Koreya silahlı qüvvələrinin məlumatına görə isə, Koreya yarımadasında keçiriləcək təlim güclü tayfunun yaxınlaşmsı ilə təxirə salına bilər. Sinoptiklərin proqnozlarına görə, oktyabrın 9-da "Danas" tayfunu gözlənilir.

Elnur
AzNews.az