20 yaşlı qız sevgisi üçün killer oldu

8 Oktyabr 2013 07:35 (UTC+04:00)

Türkiyədə Qaziosmanpaşada 20 yaşlı gənc qız Seda Maviş Ş. Sevdiyi gənc oğlanın tapşırığı ilə killer olub. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziosmanpaşada narkotik satışı ilə məşğul olan dəstənin lideri A.Y. rəqib dəstənin 21 yaşlı lideri Sərvət Üreyi öldürmək istəyib.

Buna görə dəstə üzvləri olan Əhmet A. və onun sevgilisi Seda Mavişdən istifadə etmək qərarına gəlib. Dəstə rəhbərinin tapşırığı ilə Əhməd Mavişə zən gedərək "Sənin Sərvət Ürəklə adın çıxıb. Əgər mənimlə olmaq istəyisənsə get o adamı öldür, sonra gəl" deyib. Əhmədə aşiq olan 20 yaşlı qız bu sözdən sonra təklifi qəbul edib.

Bundan sonra qız rəqib dəstənin liderinin evinə gedib və Sərvət narkotik qəbul etdiyi zaman onu başından vuraraq öldürüb.

Hadisədən sonra killer qız və sevgilisi saxlanılıb. Qətli sifariş verən dəstə rəhbəri isə yoxa çıxıb.

Elnur
AzNews.az