Qəddafinin oğlu Haaqa Məhkəməsini seçdi - Video

1 Avqust 2012 14:37 (UTC+04:00)

Müəmmar Qəddafinin oğlu vətəndə deyil, Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmaq istəyir. Bu haqda Seyf-Əl-İslamın vəkilləri məlumat veriblər. kp.ru saytının məlumatına ğörə, müttəhim hesab edir ki, Liviyada onun üzərində baş tuta biləcək məhkəmə, məhkəmə deyil, qətl hadisəsi olacaqdır. Onun müdafiəçiləri də əmindirlər ki, Liviyanın yeni hakimiyyət qüvvələri onların müştərilərinin ədalətli mühakiməsinə zəmanət verə bilməyəcəklər. Xatırladaq ki, Seyf-Əl-İslam keçən ilin noyabr ayında Liviyadan qaçmaq istəyərkən tutulmuşdur. Hakimiyyət qüvvələri onu korrupsiyada və hərbi cinayətlərdə ittiham edirlər.

Vasif AzNews.az