ARDNŞ-ın kanalına nə qədər pul ayrıldı?

8 Oktyabr 2013 09:00 (UTC+04:00)


2014-cü il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət göstərən xərclər üçün 311.4 milyon manat ayrılıb. Bu barədə lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib. Bu isə cari illə müqayisədə 7.5 faiz çox vəsait deməkdir. Bu sahələrin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsində xərclərinin tərkibində xüsusi çəkisi 1.6 faiz olacaq.

311.4 milyon manatın 140.7 milyon manatı mədəniyyət və incəsənət sahələri, 66.7 milyon manatı radio, televiziya və nəşriyyat sahəsi (bu ilki vəsaitdən 1.4 milyon manat çox), 104 milyon manatı bədən tərbiyəsi, gənclər siyasəti və turizm sahələri (bu ilki vəsaitdən 13.7 milyon manat çox) üçün nəzərdə tutulub. 311.4 milyon manatdan 16.8 milyon manatı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2011-2015)"nın maliyyə təminatına ayrılıb.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim edilməsi üçün hazırda Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən "CBC" (keçmiş ATV İNT) kanalına 0.6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

AzNews.az