Azərbaycan dünyada 61-ci yeri tutur
8 Oktyabr 2013 09:25 (UTC+04:00)
Son bir ildə ümumdünya internet şəbəkəsinə 250 mln-dan çox insan qoşulub.
Bu ilin sonunadək Yer kürəsi əhalisinin 40%-i internetdən istifadə edəcək.
APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Elektrorabitə İttifaqının himayəsi altında hazırlanmış 2013-cü il üçün "İnformasiya cəmiyyətinin ölçülməsi" adlı məruzədə bildirilir.
Sənəddə dünyanın 157 ölkəsi üzrə İKT-nin inkişaf indeksi göstərilib. Bu göstəricilər yeni texnologiyalara çıxış, onlardan istifadə və İKT sahəsindəki bacarıqların səviyyəsini əks etdirir.
Cənubi Koreya artıq üçüncü ildir İKT-nin inkişafına görə reytinqə liderlik edir. Sonrakı yerlərdə İsveç, İslandiya, Danimarka, Finlandiya və Norveç gəlir. Azərbaycan siyahıda 61-ci, Rusiya 40-cı, Moldova 65-ci, Ukrayna 68-ci, Gürcüstan 71-ci, Ermənistan isə 74-cü yeri tutur.
Məruzə müəllifləri qeyd edir ki, bu gün smartfon və planşetlərdən istifadə sayəsində genişzolaqlı mobil rabitə dünya bazarının ən sürətlə inkişaf edən seqmentinə çevrilib.
AzNews.az