Azərbaycanda avtoqəza; Bir ailənin üç üzvü yaralandı

8 Oktyabr 2013 09:42 (UTC+04:00)
Azərbaycanda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Nicat Məhəmməd oğlu Atakişiyevin idarə etdiyi "90-NH-510" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə, "10-FE-788" dövlət nömrə nişanlı "VAZ 21-09" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü , həyat yoldaşı 1988-ci il təvəllüdlü Kəmalə Fətullayeva, və oğlu 2012-ci il təvəllüdlü Hüseyn xəsarət alıb. Hər üç şəxs xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az