TürkPA-nın Beynəlxalq Müşahidəçilər missiyasının tərkibi açıqlandı

8 Oktyabr 2013 10:12 (UTC+04:00)
TürkPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.


TürkPA-dan verilən məlumata görə, beynəlxalq müşahidəçilər missiyası 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərinin millət vəkilləri və TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları daxildir.

Müşahidəçilər missiyası məntəqələrdəki seçki prosesini yaxından izləmək məqsədilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcək.
Oktyabrın 10-da isə TürkPA missiyasının seçkilərin yekununa dair rəsmi hesabatı təqdim ediləcək.

Bakıda olduğu müddətdə TürkPA nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşlər keçirəcəyi də nəzərdə tutulur.

AzNews.az