Tağı Əhmədov özünə yeni müavin təyin etdi

8 Oktyabr 2013 10:20 (UTC+04:00)
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov özünə sosial məsələlər üzrə müavin təyin edib. AzNews.az Metropolitenin rəsmi saytına istinadən xəbər verir ki, yeni müavin "Fəxri dəmiryolçu" və "Səhiyyə əlaçısı" diplomu laureatı Saday Qaraca oğlu Zeynalovdur. O, Metropoliten rəisinin sosial məsələlər üzrə müavini olub. Ötən ilin mayına qədər Azərbaycan Dəmiryolu tibbi-sanitar xidmətinin rəisi vəzifəsində çalışan S.Zeynalov bundan sonra Bakı Metropoliteninin iaşə kombinatı, "Bilgəh" istirahət zonası və sanatoriya-profilaktoriyası, idman-sağlamlıq kompleksi, sanitar-epidemioloji qrupunun işinə nəzarət edəcək.

Ruhiyyə
AzNews.az