Quba-Xınalıq yolu bağlandı

8 Oktyabr 2013 10:25 (UTC+04:00)
50 və 80 tonluq iki böyük qaya parçası Quba-Xınalıq yolunun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində Quba-Xınalıq yolu müvəqqəti bağlanıb. 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafovun verdiyi məlumata görə, 50 və 80 tonluq iki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.
Hazırda idarənin müvafiq texnikaları əraziyə cəlb olunub və qısa vaxt ərzində yolda hərəkətin bərpa olunacağı gözlənilir.

AzNews.az