Partlayışda həlak olan şəxsin meyitini çıxarmaq mümkün olmur

8 Oktyabr 2013 11:26 (UTC+04:00)
Ermənistan-Azərbaycan qoşunlarının Qazax rayonu istiqamətindəki təmas xəttində minaya düşərək həyatını itirən rayon sakini Əli Əliyevin meyidini neytral zonadan hələ də çıxartmaq mümkün olmayıb.

Qırmızı Xaç Komitəsinin qarşı tərəflə danışıqlar aparması da heç bir nəticə verməyib. Hadisə oktyabrın altısında baş vreib. Qazax rayonu Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpout kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüblər.

Baş vermiş partlayış nəticəsində Əli Əliyev ölüb və meyidi həmin ərazidə qalıb, digər iki nəfər isə xəsarət alaraq neytral ərazidən çıxa biliblər.(anspress)

AzNews.az