Dima Bilandan azərbaycanlı sənətçiyə gözlənilməz təklif - Eksklüziv

1 Avqust 2012 15:54 (UTC+04:00)

Azərbaycanda keçirilən "Avroviziya" müsabiqəsinin finalında Dima Bilanı kamançada müşahidə eləmiş Səlim Abbasova gözlənilməz iş təklifi gəlib. Sənətçinin "aznews.az"a verdiyi məlumata görə, Dima Bilan onu Rusiyaya dəvət edərək, birlikdə fəaliyyət göstərməyi təklif edib. Maraqlıdır ki, Səlim bu təklifə rədd cavabı verib. Səbəb kimi isə o, vətəndən kənarda yaşaya bilmədiyini göstərib: "Əsilində, mənə bu tipli təkliflər çox olub. Amma Azərbaycandan kənarda çox qala bilmədiyimçün bu təkliflərə razılıq vermirəm".

Əminə Hacıağayeva
AzNews.az