Nazirlikdən 12 illik təhsilə keçidlə bağlı açıqlama

8 Oktyabr 2013 12:45 (UTC+04:00)

Orta təhsildə 12 illik sistemə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub. Bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

Nazirlik bildirib ki, hazırda ölkənin ümumtəhsil məktəblərində 150 358 nəfər müəllim işləyir. Onlardan 31 000 nəfəri Bakı şəhərinin payına düşür.

TN həmçinin bildirib ki, ucqar məktəblərdə davamiyyətə nəzarət üzrə yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə davamlı tədbirlər həyata keçiriləcək.

Elnarə
AzNews.az