Eyyub Yaqubov Fərhad Köçərə halallıq verdi

8 Oktyabr 2013 13:43 (UTC+04:00)
Azərbaycan müğənnilərindən daha birinin müəllif hüquqları pozulub. Bu dəfə türk müğənnisi Fərhad Köçər əməkdar artist Eyyub Yaqubovun repertuarından olan "Kim bilir" mahnısını oxuyub. Bundan ürəyi soyumayan müğənni həmin mahnını "Kalbe kiralık aşklar" adlı albomuna da daxil edib.

Müğənni əməkdar artist Eyyub Yaqubov isə AzNews.az-a açıqlamasında sözügedən mahnını Fərhat Köçərə halal etdi: "Bizi bu mahnı ilə əlaqədar 7-8 il bundan əvvəl Türkiyədə yayımlanan "Bəyaz-şou" verilişinə dəvət etmişdilər. Biz təmannasız halda həmin verilişə çıxdıq. Vasitəsi-zad olmadı, bir başa onların təşəbbüsü idi. Mahnını çox bəyənmişdilər. Fərhad Köçəri isə eşitdim çox sevindim. Mən elə bir insan deyiləm ki, başqaları kimi narazılıq edəm. Halal xoşu olsun. Bu mənim özümə maraqlı gəldi. Dinləyəcəm onun ifasında, görüm necədir".



Bahar Rüstəmli
AzNews.az