İradə Aşumova da vida etdi

1 Avqust 2012 15:35 (UTC+04:00)




Bu gün Azərbaycanın London Yay Olimpiadasındakı yeganə
güllə atıcısı olan İradə Aşumova növbəti sınağına çıxıb. Azerisport.az xəbər
verir ki, o, pnevmatik silahdan güllə atıcılığı üzrə 25 metr məsafəyə
yarışlarda qüvvəsini sınayıb. Qeyd edək ki, idmançımız təsnifat mərhələsini ilk
səkkizlikdə qapamalı idiş Onun ilk hədəfdə topladığı xal 97 olub. İkinci
hədəfdə isə Aşumova 96 xal toplayıb. Son hədəfdən isə 94 xalla ayrılıb.
Beləliklə, idmançımız ümumilikdə 287 xalla 13-cü sıranı tutub. Aşumova son
yarışında da ümidləri doğrultmayıb. O, öz yarımqrupunda yenə 291 xal toplayıb
ki, iki yarışın cəminə görə toplanılan xallar onun finala çıxmas üçün yetərli
olmur. Beləliklə, Aşumova üçün də Olimpiada uğursuz başa çatır.



Qeyd edək ki, Aşumova London Olimpiadasında 10 metr
məsafəyə yarışlarda da finala çıxa bilməmişdi.

AzNews.az