Bəşər Əsəd: “Mən super insanam?”

8 Oktyabr 2013 14:40 (UTC+04:00)
Suriya dövlət başçısı Bəşər Əsəd Türkiyənin Suriyadakı müxalifətə dəstəyinin kəsəcəyi təqdirdə sabitliyin təmin olunacağını bildirib. "Der Spiegel" jurnalına müsahibə verən Əsəd "Türkiyə terroristlərə köməyi, Səudiyyə Ərəbistanı və Qatara pul axıtmağı dayandırsa, problemi bir neçə ay içində həll edərik" deyə bildirib.

Suriya xalqının böyük əksəriyyətinin onu dəstəklədiyini iddia edən Əsəd "ABŞ mənə qarşı, ərəb dünyasının bütün ölkələri və qonşu Türkiyəni mənə qarşıdır. Buna baxmayaraq ayaqda durduğuma görə mən super insanam? Xeyr. Yalnız Suriya xalqının böyük hissəsi məni dəstəklədiyi üçün "deyə vurğulayıb.

Elcan Məmmədov
AzNews.az