Müdafiə Nazirliyinin əməkdaşı həbs edildi

8 Oktyabr 2013 15:17 (UTC+04:00)
Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin Kinoloji Mərkəzinin əməkdaşı Ziyafət Həsənov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z. Həsənov Cinayət Məcəlləsinin 311 (rüşvət alma), 341 (hakimiyyətdən sui-istifadə etmə), 331( hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.

Onu da qeyd edək ki, Z. Həsənov hökmdən apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılır.

AzNews.az