“Trubadur” operasının tamaşası keçiriləcək

8 Oktyabr 2013 17:47 (UTC+04:00)
Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın rəhbərliyi tamaşada əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət edib.

Tamaşada digər əsas rollarda əməkdar artistlər Fəridə Məmmədova (Leonora), Səbinə Əsədova (Azuçena) və Fərid Əliyev (Manriko) çıxış edəcəklər. Tamaşanı beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev idarə edəcək.


AzNews.az