Kəskin su qıtlığı hiss hiss olunacaq

8 Oktyabr 2013 19:09 (UTC+04:00)
BMT-nin baş katibi Pan Gi Mun bəyan edib ki, 2030-cu ildə Yer kürəsi əhalisinin təxminən yarısı kəskin su qıtlığı hiss edəcək. Musavat.com-un məlumatına görə, BMT rəhbəri Bedapeştdə keçirilən Su sammitinə müraciətində bildirib ki, suya tələbat 40 faiz arta bilər.

Pan Gi Mun sudan ağılla istifadə etməyə çağırıb. Bundan başqa, o, qeyd edib ki, su çatışmazlığından yaranan lokal və regional münaqişələrdən qaçmaq üçün lazım olan hər şey edilməlidir.


AzNews.az