ŞOK: Polis Rusiya diplomatını vəhşicəsinə döydü; Moskva Niderlanda nota verdi
8 Oktyabr 2013 22:55 (UTC+04:00)
Rusiyanın Niderlanddakı diplomatı qonşuların şikayətinə görə, polis tərəfindən döyülüb və polis idarəsinə aparılıb.
Buna səbəb kimi diplomatın öz uşaqlarina qarşı pis rəftar etməsi göstərilir.
Güya, diplomat uşaqlarina qarşı pis rəftar edibmiş. Moskva məsələyə aydınlıq gətirmək üçün 4 saat vaxt verib. Məlumata görə, hadisə bazar günü olub.
Gecə Rusiyanın Niderlanddakı səfirliyinin səlahiyyətli nümayəndəsi Dimitri Borodinin mənzilinə mülki formali şəxslər daxil olub. Onlar polis olduqlarını desələr də, heç bir sənəd təqdim etməyiblər. Gəlişlərinin səbəbini qonşuların şikayəti ilə əsaslandırıblar. Bildiriblər ki, güya, qonşular diplomatın uşaqlarına qarşı çox qəddar rəftar etməsini bildiriblər. Məlumatda qeyd edilir ki, dıplomat polislərin evə qanunsuz daxil olmasına etirazını bildirib və onlardan mənzili təcili tərk etmələrini istəyib. Bu zaman isə polislər onu qızı və oğlunun gözlərinin qarşısında dubinka ilə döyərək, qollarını qandallayıb, polis şöbəsinə aparıblar və bütün gecəni onu orada saxlayıblar. Sonra uşaqları da güclə ora aparıblar.
Səhəri gün heç bir izahat vermədən və üzr istəmədən onları buraxıblar.
Moskva məsələyə çox kəskin reaksiya verib. Niderlandın Rusiyadakı səfiri Rona van Dartela təcili XİN-ə çağırılib, bu biabırçı hadisənin 18 saat ərzində izahatınin verilməsi barədə ona nota təqdim olunub.
AzNews.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, Rusiya dövləti Niderlanddan tələb edib ki, baş verən hadisəyə görə o, Rusiya dövlətindən, səfirin özü və ailəsindən təcili üzr istəməli, dəyən maddi və mənəvi ziyanı ödəməlidir. Rusiya tərəfi həm də onu bildirir ki, səfirin hər hansi günahı olsa belə,onun dövləti məlumatlandırılmal və onun mənsub olduğu dövlət tədbir görməli idi. Məsələ ilə baglı iki dövlət arasındakı gərginlik hələ davam edir.
Əli
AzNews.az