Pekində Azərbaycan prezidenti seçkilərinə start verildi

9 Oktyabr 2013 05:57 (UTC+04:00)
Otyabrın 9-da yerli vaxtla səhər 8:00-da Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində yaradılmış seçki məntəqəsində Azərbaycan Respublikası Prezidentinin seçkilərinə start verilib.

Bakı şəhəri ilə saat fərqi nəzərə alınmaqla Azərbaycan Prezidentinin seçkilərinə ilk olaraq Pekində başlanıb.

Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlərlə təmin edilmiş, burada səs verəcək seçicilərin siyahısı tərtib olunmuş, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib, Çində konsulluq qeydiyyatında olan 300-ə yaxın Azərbaycan Respublikası vətəndaşı seçkilər barədə məlumatlandırılıb.

Bundan başqa, vətəndaşlarımızın toplaşdığı yerlərə Mərkəzi Seçki Komissiyasının göndərdiyi seçkilərlə bağlı məlumat xarakterli plakatlar asılıb.(AzərTAc)


AzNews.az