Bölgələrdə də prezident seçkisi vaxtında başlayıb

9 Oktyabr 2013 06:44 (UTC+04:00)
AzərTAc xəbər verir ki, 105 saylı Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələrində prezident seçkiləri vaxtında 8:00-da başlayıb.

105 saylı Tovuz seçki dairəsi üzrə 43 min 414 seçici 40 seçki məntəqəsində səs verəcək.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədr Xəqani Vəliyev bildirib ki, 48 min 700 seçicini əhatə edən dairədə 39 seçki məntəqəsi fəaliyyət göstərir.

45 min 699 seçicini əhatə edən 107 saylı Qazax seçki dairəsində 38 seçki məntəqəsi vardır.

108 saylı Ağstafa seçki dairəsində isə 43 min 364 seçici 41 seçki məntəqəsində öz iradəsini ifadə edəcək.

Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıbr.

AzNews.az