Şahzadə - müsəlmandan hamilə qaldığı üçün öldürüldü

9 Oktyabr 2013 07:11 (UTC+04:00)

İngilis mətbuatı son günlər davamlı olaraq Şahzadə Diananın şübhəli ölümünü manşetə çıxarır. Son olaraq qəzetlər 36 yaşındakı Prinsess 42 yaşlı müsəlman sevgilisi Dodi Fayeddən hamilə olduğu üçün öldürüldüyünü iddia edir.

AzNews.az xəbər verir ki, şahzadə Diananı qurtarmağa çalışan həkim diqqətləri şahzadə Diananın 6-10 həftəlik hamilə olduğuna çəkir. Daily Star "Diananın gizli körpəsi" başlıqlı xüsusi xəbərində "Diana öldürüldü, çünki Dodinin körpəsini doğuracaktı" iddiasına yer verir.

Şahzadə Diananın hamiləliyi ortaya çıxmasın deyə qeyri-qanuni mumyalandığını iddia edən yazar Alan Power, Şahzadə Diana sui-qəsdini izah edərkən radyolojist Dr. Elizabeth Dion və tibb bacısı Jocelyn Magellanın doğulmamış körpəyə diqqət çəkir. Həmçinin Alan Power, Şahzadə Diananın hamiləliyi üzündən SAS əsgərləri tərəfindən öldürüldüyü iddiası üzərində dayanır.


Elman
AzNews.az