Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə başladı - FOTO

9 Oktyabr 2013 07:47 (UTC+04:00)
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında səsvermə başlayıb.

APA xəbər verir ki, yerli vaxtla saat 08:00-da açılan məntəqəyə artıq seçicilərin gəlişi başlayıb. Rusiya ərazisində yaşayan və ya müvəqqəti bu ölkədə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu APA-ya açıqlamasında bildirib ki, səsvermədə Moskvada konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşının iştirakı nəzərdə tutulub: "Lakin səsvermədə iştirak edənlərin sayının bu rəqəmdən çox olacağı gözlənilir. Konsulluq qeydiyyatında olan 1500 Azərbaycan vətəndaşından başqa, digər Azərbaycan vətəndaşları da səsvermədə iştirak edir".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında keçirilən səsvermə Moskva vaxtı ilə saat 19:00-da başa çatacaq.

AzNews.az