ATƏT və ABŞ-ın nümayəndələri seçki fəallığından razılıq ediblər- Yenilənib

9 Oktyabr 2013 12:01 (UTC+04:00)


ATƏT-in qısamüddətli müşahidəçiləri Smirnov Vilyam (Rusiya), Yeva Kristin Urestat Pedersin (İngiltərə) 64 saylı Sabirabad ikinci seçki dairəsinin 26 saylı Şıx Salahlı kənd seçki məntəqəsində səsvermənin gedişini izləyirlər.

AzNews.az –ın bölgə üzrə müxbiri xəbər verir ki, həmçinin Amerikanın ölkəmizdəki səfirliyinin nümayəndələri Dotokumaşe Desilva, Qarsiya Juan Karlos 63 Saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edib. Onlar seçki fəallığından çox razılıq ediblər.


***
11:34
Amerikanın ölkəmizdəki səfirliyinin nümayəndələri Dotokumaşe Desilva, Qarsiya Juan Karlos 63 Saylı Sabirabad birinci seçki dairəsinin 8 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edərək öz razılıqlarını bildiriblər.

ATƏT-in qısamüddətli müşahidəçiləri Silja Gunnarsdoltir (İslandiya), Heck Bernhard (Almaniya) 63 saylı Sabirabad birinci seçki dairəsində 6 saylı şəhər seçki məntəqəsində səsvermənin gedişindən razılıq ediblər.


***
11:03
MSK-dan müşahidəçi kimi qeydiyyatdan keçmiş (Amerikanın Milli demokratiya institutunun təmsilçisi kimi) AXCP Sabirabad rayon təşkilatı sədrinin müavini Tofiq Hüseynov və idarə heyətinin üzvü Sahib Rüstəmov hələlik heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildiriblər.

Onlar AzNews.az-ın əməkdaşı ilə söhbətlərində 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı şəhər seçki məntəqəsində olduqlarını və seçkinin gedişindən razılıqlarını ifadə ediblər: "Seçicilər çox fəaldır, hələlik heç bir qanun pozuntusu baş verməyib. Seçkidə belə fəallığı ilk dəfədir ki, görürük".


***
10:31
MDB-dən müşahidəçilər Nikiyev Vadim Nikolayeviç, Varapayev Viktor Aleksandroviç, Maqdunov Vladimir İqoroviç 64 saylı Sabirabad ikinci seçki dairəsinin 3 saylı Nizamikənd seçki məntəqəsində, 63 saylı Sabirabad birinci seçki dairəsinin 11 saylı, 13 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edərək, seçkinin gedişindən razılıqlarını bildiriblər.

***
09:53

Bu gün səhər saat 8-də başlayan seçki prosesi seçki fəallığı ilə davam edir. Seçki prosesini xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri də izləyir. Sabirabad rayonunda seçkini izləyən əməkdaşımızın məlumatına görə, Amerikanın ölkəmizdəki səfirliyinin nümayəndələri Dotokumaşe Desilva, Qarsiya Juan Karlos və ATƏT-in qısamüddətli müşahidəçiləri Silja Gunnarsdoltir (İslandiya), Heck Bernhard (Almaniya) 63 saylı Sabirabad birinci seçki dairəsində olublar. Diplomatlar Sabirabad rayon 4 saylı şəhər seçki məntəqəsində səsverməni müşahidə edərək işin təşkilindən razılıqlarını bildiriblər.

Rasim
AzNews.az