“Seçici aktivliyi ABŞ-dakından yüksəkdir”

9 Oktyabr 2013 08:11 (UTC+04:00)
"Seçkilər başlayandan indiyədək altı seçki məntəqəsində olmuşuq. Deyə bilərəm ki, seçkilər açıq və şəffaf mühitdə keçirilir".


Bunu APA-ya açıqlamasında Mərkəzi Avropa Siyasi Monitorinq Qrupuna daxil olan Amerika müşahidəçi qrupunun üzvü Solomon Porfilio Ortiz bildirib.

Onun sözlərinə görə, müşahidə apardıqları seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə almayıblar: "Hər şey ABŞ-dakı kimidir. Hətta seçici aktivliyi ABŞ-dakından yüksəkdir".

AzNews.az