Almaniyalı müşahidəçi seçkilərin gedişatından danışdı- Foto

9 Oktyabr 2013 08:22 (UTC+04:00)
İndiyə kimi müşahidə etdiyimiz seçki məntəqələrində heç bir neqativ hal qeydə almamışıq.

Bunu Almaniya müşahidə missiyasının üzvü, Almaniya parlamentinin üzvü Haqqı Kəskin bildirib.

Onun sözlərinə görə, məntəqələrdə seçki aktivliyi müşahidə olunur.

Qeyd edək ki, professor Haqqı Kəskin 23 saylı Nəsimi-Səbail seçki dairəsi 20 saylı məntəqədə müşahidə aparır.

H.Kəskinin sözlərinə görə, "exit-pollar"ın təşkili çox bəyəniləndir. Bu, seçkilərin şəffaf keçirilməsində çox yaxşı addımdır: "Biz Azərbaycanda demokratik seçkilərin keçiriləcəyinə ümid edirik".

Qeyd edək ki, sözügedən seçki məntəqəsinin sədri Faina Ələkbərovanın sözlərinə görə, indiyə kimi 100-ə yaxın seçici səs verib. O qeyd edib ki, heç bir neqativ hall müşahidə olunmayıb.(trend)

AzNews.az