Prezidentliyinə namizəd Fərəc Quliyev səs verdi

9 Oktyabr 2013 08:26 (UTC+04:00)
Azərbaycan prezidentliyinə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verib.

APA-nın xəbərinə görə, F.Quliyev seçki məntəqəsinə ailə üzvləri ilə birlikdə gəlib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, bu vaxta qədər onun seçki qərargahı tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb: "Hazırda seçki prosesi şəffaf davam edir".

AzNews.az