“Nəvəmin xoşbəxt gələcəyinə səs verdim”- Araz Əlizadə

9 Oktyabr 2013 09:17 (UTC+04:00)
Azərbaycan prezidentliyinə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 17 saylı III Yasamal Seçki Dairəsinin 23 saylı məntəqəsində səs verib.

O, jurnalistlərə açıqlamasında səsvermə prosesinin şəffaf keçirildiyini, hələlik hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını deyib: "Ümid edirəm ki, seçki şəffaf və ədalətli keçəcək. Həyat mübarizədir, biz də mübarizəmizi davam etdirəcəyik".

A. Əlizadə nəvəsi Araz Əlizadənin xoşbəxt gələcəyinə səs verdiyini vurğulayıb.


AzNews.az