Həbsdə olan jurnalist səs verdi

9 Oktyabr 2013 10:07 (UTC+04:00)
Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində 14 saylı Xəzər Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə keçirilir.

Məntəqənin sədri Mübariz İsgəndərov jurnalistlərə açıqlamasında bildirib ki, seçici siyahısında 732 nəfərin adı var: "Saat 11.40-a olan məlumata görə, 600 nəfər seçkidə iştirak edib".

Həbsxanada cəza çəkən jurnalist Elman Maliyev isə seçkilərin şəffaf keçirildiyini, məhkumlara heç bir təzyiq olmadığını bildirib: "Hər kəs müstəqil şəkildə seçkidə iştirak edir".(apa)

AzNews.az