Məşhur türk müğənnisi Azərbaycandakı seçkilərdən danışdı

9 Oktyabr 2013 10:12 (UTC+04:00)
"Azərbaycan sabitliyi çox önəmlidir".


Bunu AzNews.az-a Türkiyənin sevilən sənətçisi Əhmət Şəfəq bildirdi.

Sənətçi seçkilərlə əlaqədar Azərbaycan xalqına xeyir-dua verdi: "İnşallah, seçki günü gözəl keçər, dava-qırğın olmaz. Çox istərdim ki, seçki günü Azərbaycanda olum. Amma konsertim olduğundan gələ bilmədim. Mənə elə gəlir ki, xalq artıq öz seçimini edib. İndiki dövlət başçısı öz postuna layiqdir".


Bahar Rüstəmli
AzNews.az