Adil Əliyev: “Mən də öz səsimi uğurlu gələcəyimizə verdim”

9 Oktyabr 2013 10:30 (UTC+04:00)
Millət vəkili, Azərbaycan Kikboksinq federasiyasının prezidenti Adil Əliyev də səhər saatlarında səs vermə hüququndan istifadə edib.


Adil Əliyev Nərimanov rayonunda yerləşən 20 saylı ikinci seçki dairəsinin, 5 saylı məntəqəsində səs verib. Millət vəkili səs verdikdən sonra seçkinin gedişi ilə bağlı fikirlərini bildirib: "Mən bir seçici, bir müşahidəçi,ərazinin millət vəkili kimi insanlarda böyük əhval-ruhiyyə görürəm. Hamı həvəslə gəlib öz səsini verir. Bizim ərazidə seçki prosesi əvvəlki illərə baxanda daha aktiv təsir bağışlayır. Mən də öz səsimi uğurlu gələcəyimizə, dinamik inkişafimıza, İlham Əliyevə verdim"(qafqazinfo)

AzNews.az