Səfər Əbiyev səsvermədə iştirak etdi

9 Oktyabr 2013 12:51 (UTC+04:00)
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev səsvermə prosesində iştirak edib.

Səfər Əbiyev saat 8-də 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində səs verib. Müdafiə naziri ilə birgə onun ailə üzvləri də səsvermə hüquqlarından istifadə ediblər.

AzNews.az