“Çölçü” OSKAR”da mübarizə aparacaq

9 Oktyabr 2013 12:55 (UTC+04:00)
OSKAR mükafatı uğrunda mübarizə başlayıb. Bu mübarizəyə Azərbaycan rejissor Şamil Əliyevin "Çölçü" filmi ilə qoşulub.

Qeyd edək ki, "Çölçü" filmi "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə dünyanın ən böyük film mükafatlarının uzun siyahısına (lonq-list) daxil edilib. Bu nominasiya üzrə dünyanın 76 ölkəsi Oskar mükafatı uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Oskar mükafatının 86-cı təqdimolunma mərasimi 2014-cü il martın 2-də Los-Anceles şəhərində keçiriləcək.

Bahar
AzNews.az