Şəkidən “karusel” xəbərinə REAKSİYA

9 Oktyabr 2013 13:15 (UTC+04:00)
Bu gün Şəki şəhər 8 saylı orta məktəbdə "karusel əməliyyatı"nın keçirilməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, məktəbin müəllimləri seçkinin saxtalaşdırılmasında yaxından iştirak ediblər.

AzNews.az-ın rayonda müşahidə aparan əməkdaşına 13 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, sözügedən məktəbdə ümumiyyətlə, seçki məntəqəsi yoxdur: "Bunlar hamisi yalan məlumatlardır. Həmin məktəb təmirə dayandığından orada seçki məntəqəsi qurulmadı. Olmayan məntəqədə "karuseli" necə etmək olar?"

Ruhiyyə
AzNews.az