İlyas İsmayılov səsverməyə getmədi

9 Oktyabr 2013 14:04 (UTC+04:00)




Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılov səsvermədə iştirak etməyib.

"Media forum" saytına açıqlamasında İlyas İsmayılov deyib ki, özünə səs verməyi düzgün hesab etmir, ona görə də seçki məntəqəsinə getməyib.

Seçkidən gözləntisinə gəlincə, o deyib ki, hələlik prosesi izləyirlər. "Müşahidəçilərdən ümidverici xəbərlər də gəlir, başqa cür xəbərlər də. Rəyimizi sonda bildirəcəyik".

AzNews.az