Yunanıstanlı müşahidəçilər prezident seçkilərindən danışdı

9 Oktyabr 2013 14:41 (UTC+04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri ölkənin regionun lideri kimi qalmasının təminatıdır. Bu barədə çərşənbə günü Trend-ə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən yunanıstanlı müşahidəçi Evangelos Venetis bildirib.

E.Venetis deyib: "Mən Azərbaycan xalqını seçki günü münasibətilə təbrik edirəm. Bu gün ölkə və cəmiyyət üçün, o cümlədən Azərbaycanın gələcəyi üçün əhəmiyyətli gündür. Əhəmiyyətlidir ki, Azərbaycan cəmiyyəti çox ümidverici gələcəyə malikdir".

Onun sözlərinə görə, Yunanıstan Azərbaycana yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəniyyət və digər sahələrdə əhəmiyyətli tərəfdaş kimi baxır:

"Yunanlstanda Azərbaycan üçün əhəmiyyətli olan bu günə böyük diqqət yetirirlər. Biz bu gün keçirilən seçkilərə Avropa istiqamətində olan inkişafın bir hissəsi kimi baxırıq və bu inkişafı dəstəkləyirik və dəstəkləyəcəyik".

AzNews.az