111 yaşlı seçici hamını seçkiyə səslədi

9 Oktyabr 2013 14:58 (UTC+04:00)


Bakının 8 saylı Binəqədi I seçki dairəsinin 6 saylı məntəqəsində rayonun ən qocaman sakini Maral Məhərrəmova səs verib.
Maral nənənin 111 yaşı var.

Maral Məhərrəmova istədiyim namizədə səs verdiyini bildirib. Səs vermək üçün seçicilərə yaxşı şərait yaradıldığını bildirən ağbirçək indiyədək keçirilən bütün seçkilərdə iştirak etdiyini deyib: "Bu seçkilərdəki daha çox adam iştirak edir. Qoca da, cavan da seçkiyə gəlir. Hamı sərbəst şəkildə səs verə bilir. Ömrünün bu yaşında seçkidə iştirak etmək hər adama qismət olmur. Buna görə özümü xoşbəxt hiss edirəm. Hamıya məsləhət görürəm ki, mənim kimi məntəqələrə gəlib səs versinlər".

AzNews.az