Leyla Əliyeva hamını seçkiyə səslədi

9 Oktyabr 2013 15:33 (UTC+04:00)
Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seçkilərlə bağlı fikir bildirib.

AzNews.az xəbər verir ki, Leyla Əliyeva özünün rəsmi facebook səhifəsində seçiciləri səs verməyə çağırıb:

"Parlaq sabahlar naminə bugün səs verin!".

Qeyd edək ki Leyla Əliyeva ailə üzvləri ilə birlikdə bu gün səhər saatlarında Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

AzNews.az