“Seçkilərdə qanun pozuntusuna rast gəlməmişik”

9 Oktyabr 2013 15:53 (UTC+04:00)
"Azərbaycanda keçirilən prezident seçkilərində heç bir qanun pozuntusuna rast gəlməmişik". APA-nın məlumatına görə, bunu Azərbaycanda prezident seçkilərini müşahidə edən Çexiya Diplomatik Akademiyasının direktoru, ölkənin sabiq xarici işlər naziri Kiril Svoboda jurnalistlərə açıqlamasında bildirib.

K. Svoboda qeyd edib ki, bir çox seçki məntəqələrində olub: "Biz səs verən vətəndaşlarla da görüşmüşük və heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki prosesinin normal ölkələrdə olduğu kimi düzgün və şəffaf keçirilməsinin şahidi olduq. Eyni zamanda seçicilərdə yüksək-əhval ruhiyyə də var idi".

AzNews.az