“Seçkilər rəqabətlilik ruhunda keçib”- GUAM-ın baş katibi

9 Oktyabr 2013 20:00 (UTC+04:00)
"Azərbaycanda prezident seçkiləri rəqabətlilik ruhunda keçib".

Bu barədə GUAM müşahidə missiyasının rəhbəri, təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib. O qeyd edib ki, missiyaya Gürcüstan və Ukrayna parlamentinin nümayəndələri, ümumilikdə 4 nəfər daxil olub.

V. Çeçelaşvili deyib ki, müşahidəçilər 35 seçki məntəqəsində müşahidə aparıb və müşahidələrə əsasən seçkilər beynəlxalq öhdəliklərə, demokratik seçki standartlarına uyğun keçirilib: "GUAM seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar etməyib. Seçkiləri azad və ədalətli kimi dəyərləndirmək olar. Əminəm ki, səslərin sayılması da vaxtlı-vaxtında, Azərbaycan qanunları çərçivəsində keçiriləcək".(apa)

AzNews.az