Məhkumların yemək normaları dəyişdi- Qərar
10 Oktyabr 2013 08:20 (UTC+04:00)
Nazirlər Kabineti "Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə" qərarında dəyişikliklər edib.
Dəyişikliyə əsasən, məhkumların yemək və maddi-məişət normaları bundan sonra istintaq təcridxanasında təsərrüfat və məişət xidməti işləri üçün saxlanılan məhkumlara da şamil olunacaq.
Bu ərzaq məhsullarının miqdarı 3401 kilokaloriyə bərabər olmalıdır.
AzNews.az