Abbas Abbasov İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013 08:34 (UTC+04:00)

Baş nazirin keçmiş müavini , Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti nin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov seçkilərdəki qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edib.

Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti adından və şəxsən öz adından təbriklərini çatdıran A.Abbasov "Bu möhtəşəm hadisə Azərbaycan xalqının sizə olan inamı, habelə demokratik Azərbaycanın hərtərəfli inkişafı və gələcəyi əhəmiyyətli səylərinizin nəticəsidir. Seçkinin nəticələri sizin xalq arasında olan yüksək nüfuzunuzu təsdiqlədi. Əminik ki, Azərbaycan Prezidenti kimi yüksək vəzifədə siz bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsi və genişlənməsinə köməkçi olacaq. Sizə dövlət fəaliyyətinizdə uğurlar,uzun ömür,sülh və mehribançılıq arzulayıram" deyə bildirib.

Elnur
AzNews.az