“Təşkilatçılıq çox yüksək səviyyədə olub”

10 Oktyabr 2013 08:40 (UTC+04:00)
"Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun baş tutdu. Mən indiyədək müşahidə etdiyim ölkələrdə texniki cəhətdən bu cür ən yaxşı təşkil olunmuş seçki müşahidə etməmişəm".

APA-nın məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) seçkiləri müşahidə edən missiyasının rəhbəri Petar Kanev bildirib.

Nümayəndə heyətinin üzvü Salia Murzavayeva bildirib ki, QDİƏT PM heyəti seçkiləri Sumqayıt şəhərində müşahidə edib və seçki atmosferi müşahidəçilər tərəfindən bəyənilib. Səsvermədə əhalinin 70%-dən çoxunun iştirak etməsi yaxşı göstərici kimi xarakterizə olunub.

Gürcüstan parlamentinin üzvü Mixail Maçavariani qeyd edib ki, 10 seçki məntəqəsində olub: "Təşkilatçılıq çox yüksək səviyyədə olub. Müşahidə prosesi zamanı məntəqələrdəki rəhbərlik və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşüb, söhbət aparıblar".

AzNews.az