Latın Amerikası və Karib dənizi ölkələrindən seçki açıqlaması

10 Oktyabr 2013 09:41 (UTC+04:00)

"Seçkilər Avropa standartlarına tam uyğun keçirilib"


"Azərbaycanda keçirilən prezident seçkilərini Latın Amerikası ölkələrindən 6 ölkənin daxil olduğu qrup izləyib. Müşahidəçilər 4 qrupda birləşərək, məntəqələrdə səsvermə prosesi ilə tanış olublar. Seçki aktivliyi əsasən saat 10-dan sonra müşahidə olunub və 7-yə qədər davam edib".

Bunu seçkinin nəticələri barədə bu gün keçirdiyi mətbuat konfransında Latın Amerikası və Karib dənizi ölkələrinin siyasi təşkilatları konfransının rəhbəri Qustavo Karvajal bildirib.

Seçki prosesinin mütəşəkkil təşkil olunduğunu deyən müşahidə missiyasının rəhbəri xüsusilə barmaq boyasından istifadəni nailiyyət adlandırıb.

Latın Amerikası ölkələrinin müşahidə missiyasının təəccübünə səbəb olan məsələ isə seçki məntəqələrində qadınların say çoxluğu olub. Bunu Azərbaycanın inkişafına təkan verən amil kimi qiymətləndirən missiya rəhbəri seçkilərin Avropa standartlarına tam uyğun keçirildiyini vurğulayıb.

Ruhiyyə
AzNews.az